AZ

Putin kimləri komandasından göndərəcək?

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib. Andiçmədən sonra Rusiya hökuməti istefaya göndərilib.

 

Prezident nazirlərə yeni hökumətin tərkibi formalaşana qədər vəzifələrinin icrasını davam etdirməyi tapşırıb .

 

Modern.az xəbər verir ki, hazırda Rusiya mətbuatında yeni hökumətin tərkibi ilə bağlı müzakirələr aparılır.

 

“Kommersant” qəzeti baş nazir Mixail Mişustin öz vəzifəsində mütləq qalacağını bildirib. RBC nəşri isə idman nazirinin dəyişəcəyini yazıb.

 

Bəzi teleqram kanalları müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovun da vəzifələri ilə vidalaşacağını yazsa da, ekspertlər sözügedən dəyişiklikləri real hesab etmir.

 

Bundan əvvəl Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko bildirib ki, yeni hökumətin strukturunda əsaslı dəyişikliklər olmayacaq, lakin kadr dəyişiklikləri mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla