AZ

Vaskes "Real"la müqaviləsini uzadır

"Real Madrid"in müdafiəçisi Lukas Vaskes son həftələrdə yüksək səviyyəli oyun nümayiş etdirib.

90deqiqe.Az-ın "TodoFichajes"ə istinadən məlumatına görə, bu, onun gələcəyinə təsir etdi - əgər əvvəllər Vaskesin yayda Madrid klubundan ayrılacağı görünürdüsə, indi oyunçu müqavilənin uzadılmasına mümkün qədər yaxındır.

32 yaşlı Vaskes 2025-ci ilin ortalarına qədər davam edəcək yeni müqavilə imzalayacaq. Əmək müqaviləsindəki şərtlər indiki kimi qalacaq.

2023/2024 mövsümündə Lukas Vazkes müxtəlif yarışlarda 34 rəsmi oyun keçirib, iki qol və altı məhsuldar ötürmə edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla