AZ

Hollivud aktrisası pis vərdişini etiraf etdi

Aktrisa Vupi Qoldberq xatirələrində ağır narkotik asılılığından əziyyət çəkdiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Page Six" nəşri yazıb.

Qoldberq əyləncəli gecələrdə kokaindən istifadə etməyə başladığını qeyd edir.

O deyib ki, tədbirlərdə daimi olanlar polisin heç vaxt “məşhur prodüser və ya aktyorun” evində axtarış aparmayacağını bildikləri üçün özlərini “çox ehtiyatsız” aparıblar. Aktrisa təhlükəli hesab etmədiyi üçün kokaindən istifadə edərək "idarə edə biləcəyinə" inanırdı.

Qoldberqin sözlərinə görə, o, çəkiliş meydançasında belə asılılığını gizlədə bilib, lakin tezliklə ciddi problemlər başlayıb. Səhhətinin pisləşməsi ilə yanaşı, məşhur ağır halüsinasiyalar da yaşamağa başlayıb. Hansısa məqamda aktrisaya elə gəlbi ki, çarpayısının altında ona hücum etməyə hazır məxluq gizlənib. Bu səbəbdən sənətçi bütün günü yataqdan qalxa bilməyib.

Qoldberq dönüş nöqtəsini ev işçisinin onu bahalı bir otelin şkafında narkotikdən istifadə edərkən yaxaladığını qeyd etdi. Daha sonra aktrisa güzgüdə özünü görüb və narkomaniya ilə mübarizə aparacağına qərar verib.

Aktrisa narkotikdən nisbətən asanlıqla əl çəkdiyini etiraf edib. Bunun üçün o, sosial dairəsini dəyişib və bəzi tədbirlərə qatılmaqdan imtina etməli olub.


Müəllif: Pərvin Cəfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
Mənbələr
Şərh ()
Bağla