AZ

"Putin müharibəni bitirmək istəmir..?"

...Moldova Prezidenti Maia Sandu rusiyalı jurnalist Yuri Dudyaya geniş müsahibə verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu onunRusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra rus jurnalisti ilə ilk söhbətdir.

Qeyd edək ki, söhbətin əsas mövzuları Moldova ilə Rusiya arasında münasibətlər və Ukraynadakı müharibə olub. Sandunun sözlərinə görə, o, son ana qədər Putinin işğala başlayacağına inanmayıb və bundan sonra onun Rusiya prezidenti ilə müzakirə edəcəyi heç nə olmayıb.

…Elə buna görə də onlar heç vaxt görüşməyiblər.

…Biz hamımız bilirik ki, Putin Ukraynada müharibəyə başlayıb və o, müharibəni bitirə bilər, lakin təəssüf ki, istəmir.

Moldovanın bütün qonşuları ilə sülh istəməsinə baxmayaraq,müharibəyə başlayan və digər ölkələrin ərazi bütövlüyünə hörmət etməyənlərlə yaxşı münasibət qurmaq mümkün deyil.

Moldova rəhbəri deyib bunu.

…Ölkə ərazisində Rusiyanın ən böyük federal televiziya kanallarının bloklanması ilə bağlı sualı cavablandıran Sandu bildirib ki, bu yolla ölkə Avropa İttifaqı sanksiyalarını həyata keçirir və demokratiyanın təbliğatdan müdafiəyə ehtiyacı var. Prezident qeyd edib ki, bir sıra rusiyalı məmurlar Moldova ilə bağlı aşağılayıcı ritorikaya əl atırlar - xüsusən də ölkənin mövcud olmadığını deyirlər.

Sandu etiraf edib ki,bəzi moldovalılar Kremlin təbliğatına həssasdırlar.Lakin eyni zamanda, onun sözlərinə görə, vətəndaşların əksəriyyəti hələ də Ukraynanı dəstəkləyir və Rusiyanın hərbi təcavüzünə qarşıdır.

Sandu əlavə edib ki, hazırda Moldovada 100 minə yaxın ukraynalı qaçqın yaşayır.

Rusiyalı jurnalist həmçinin prezidentdən Rusiyanın Dnestryanı ərazi mübahisəsinə görə Moldovaya müdaxiləsindən qorxmadığını soruşub və Sandu “Dnestryanı münaqişənin yalnız sülh yolu ilə həlli mümkündür” deyə cavab verib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
Mənbələr
Şərh ()
Bağla