AZ

PSV 25-ci dəfə Hollandiya çempionu olub

Erediviziyanın 32-ci turunun matçında "Sparta"nı 4:2 hesabı ilə məğlub edən PSV vaxtından əvvəl Hollandiya çempionu olub.

90deqiqe.Az xəbər verir ki, bu qələbə ilə PSV ən yaxın izləyicisi “Feyenoord”u 12 xal qabaqlayaraq 87 xal toplayıb. "Feyenoord"un əlində oyun olmasına baxmayaraq, qalan 3 turun hər birində qalib gəlsələr belə, Arne Slotun komandası PSV-ni keçə bilməyəcək.

Qarşılaşmada hesabı 8-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Abemli Meto Silou açıb. 19-cu dəqiqədə "Sparta"nın müdafiəçisi Səid Bakari avtoqola imza atıb. 26-cı dəqiqədə hücumçu Joan Bakayoko PSV-ni hesabda önə keçirib. 29-cu dəqiqədə meydan sahiblərinin müdafiəçisi Olivye Boskalli topu öz qapısına çatdırıb. 67-ci dəqiqədə Olivier Boscagli PSV-ni yenidən hesabda irəli çıxarıb. 78-ci dəqiqədə Cordan Tese ev sahiblərinin dördüncü qolunu vurub.

Bundan əvvəl “Feyenoord” ölkə kubokunu qazanmışdı.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla