AZ

Çempionlar Liqası: İlk finalçı müəyyənləşdi - VİDEO

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, PSJ Fransa paytaxtında Dortmund “Borussiya”sını qəbul edib.

Səfərdə minimal hesabla uduzan Paris klubu bu dəfə də doğma meydanda öz azarkeşləri önündə eyni aqibətlə üzləşib.

Oyunda yeganə qolu 50-ci dəqiqədə Hummels vuraraq almanları finala çıxarıb - 0:1 (0:2).

Qeyd edək ki, mayın 8-də baş tutacaq digər yarımfinal qarşılaşmasında “Real Madrid” “Bavariya”nı qəbul edəcək. Komandaların ilk görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla