AZ

Maradonanın "Qızıl top"u hərraca çıxarıldı

1986-cı ildə Argentinalı hücumçu Dieqo Maradonanın dünya çempionatında qazandığı “Qızıl top” hərraca çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə "Aquttes" hərrac evinin mətbuat xidməti məlumat yayıb.

Həmin çempionatda Argentina millisi çempionluq titulunu qazanıb, Maradona ən yaxşı oyunçu kimi tanınıb və “Qızıl top”a layiq görülüb.

Maradonanın 1986-cı ildə keçirilən dünya çempionatının dörddəbir final mərhələsində İngiltərənin qapısına vurduğu top 2022-ci ildə hərracda 2 milyon funta satılıb. Həmin il Maradonanın İngiltərəyə qarşı oynadığı köynək hərracda 9 milyon funta satılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
23
Mənbələr
Şərh ()
Bağla