AZ

Oğuzda avtomobil aşıb, xəsarət alan var

Oğuzda minik avtomobili aşıb, xəsarət alan var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qarabulaq kəndində qeydə alınıb.

Hərəkətdə olan “Ford Fusion” markalı avtomobilin aşması nəticəsində Oğuz rayon sakini, 1992-ci il təvəllüdlü Elçin Maqsud oğlu İsmayılov xəsarət alıb.

Yaralıya Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin tibbi yardım göstərilib, sonra müayinə üçün Şəki RMX-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
4
Mənbələr
Şərh ()
Bağla