AZ

ATU-nun əməkdaşı Dubayda laparoskopik metodla əməliyyat edilən xəstələrin onkoloji nəticələrini paylaşıb

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı, uzman həkim Əkbər İbrahimov Dubayda keçirilən “EndoDubai 9 edition” beynəlxalq konfransında çıxış edib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, dünyanın hər yerindən cərrahiyyə, daxili xəstəliklər üzrə mütəxəssisləri bir araya toplayan konfransda Ə.İbrahimov ATU-nun Onkoloji Klinikasında laparoskopik metodla əməliyyat edilən xəstələrin onkoloji nəticələrini paylaşıb. ATU təmsilçisi öz məruzəsində universitetin Onkologiya kafedrasının əməkdaşları - akademik Əhliman Əmiraslanov və professor Abuzər Qazıyevlə birgə müəllifi olduğu yeni kitabları da nümayiş etdirib.

 

Qeyd edək ki, “ENDO Dubai” konfransı qısa müddət ərzində bütövlükdə regionda invaziv cərrahiyyə üzrə istinad nöqtəsinə, elmi və klinik məlumat mübadiləsi üçün aparıcı platformaya çevrilməyi bacarıb. Tədbirdə ginekologiya, endokrinologiya və digər sahələr üzrə  mütəxəssislər təqdimatlarla çıxış edərək, təcrübələrini bölüşüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
1
Mənbələr
Şərh ()
Bağla