AZ

Kişi arvadını onun bacısının gözü qarşısında bıçaqladı - CƏZA

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Asim Səfərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib, ona təyin edilən 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

 

İttihama görə, hadisə 06 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində paytaxt ərazisində qeydə alınıb.

 

Belə ki, 1978-ci il təvəllüdlü Asim Səfərov kirayə yaşadığı evdə münasibətləri pozulmuş arvadı, zərərçəkmiş Lalə Səfərova (şərti) ilə barışmaq istəyib. Lakin qadın barışıqdan imtina edib. Bu səbəbdən onların arasında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb. Sonra Asim mətbəxdə masanın üzərindən götürdüyü bıçaqla Lalənin üzərinə gedib. Həmin vaxt o, qadının bacısının gözü qarşısında Lalənin döş qəfəsi nahiyəsindən qəsdən vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Asim Səfərov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 8 May 2024, 08:48   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla