AZ

Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA

Bakı. Trend:

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdəşimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensivolub.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, düşən yağıntının miqdarı Qəbələdə31 mm, Qobustan, Şahbuzda 22 mm, Göygöldə 20 mm, Lerikdə 19 mm,Altıağacda 18 mm, Şəkidə 12 mm, Şabranda 11 mm, Lənkəran, Şamaxıda10 mm, Quba, Xaltanda 9 mm, Qusar, Balakən, Gədəbəydə 8 mm, Qrız,Neftçala, Astara, İsmayıllıda 7 mm, Qax, Ordubad, Kürdəmir,Daşkəsən, Şərur, Göyçay, Şahdağ, Sabirabad, Sədərək, Yardımlı,Zaqatala, Culfa, Bərdə, İmişli, Ağstafa, Tərtər, Mingəçevir,Yevlax, Göytəpə, Naftalan, Gəncə, Ağdamda 6 mm-dək, Bakıda vəAbşeron yarımadasında isə 16 mm-dək olub.

Mayın 7-də saat 15:30-15:53 radələrində Kəlbəcər rayonununcənub-qərb hissəsinə diametri 10-12 mm olan dolu düşüb.

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qax, Şamaxı,Qobustan, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidəolunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12,Naxçıvan MR-da 7-12, Aran rayonlarında 13, dağlıq rayonlarda 2-6dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxtaolub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
49
Mənbələr
Şərh ()
Bağla