AZ

"Aston Villa" 25 milyonu ödəməkdən imtina etdi - Zaniolo geri göndərilir

Mövsümün əvvəlində 25 milyon avro satış opsiyonu ilə "Qalatasaray"dan 5 milyon avroya "Aston Villa"ya icarəyə verilən Nikolo Zaniolonun gələcək taleyi müəyyənləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Aston Villa" anlaşma şərti olan 25 milyonu ödəməmək üçün Nikolo Zaniolonu geri göndərir.

italiya mətbuatı yazır ki, "Aston Villa"nın baş məşqçisi qətiyyən onu komandada görmək istəmir: "Baş məşqçi Monçi gözləntiləri doğrulda bilməyən Zaniolonu gələcək mövsüm planlamasında görmək istəmədiyini deyib. Bu səbəbdən italiyalı ulduz mövsümün sonunda “Qalatasaray”a qayıdacaq".

Fərid Aslan

MİA.AZ
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla