AZ

Putin andiçmədən sonra ilk səfəri bu ölkəyə edəcək

Rusiya prezidenti Vladimir Putin rəsmi andiçmə mərasimindən sonra ilk beynəlxalq səfərini Çinə edəcək.

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

“Prezidentin Çinə ilk xarici səfəri olacaq. Demək olar ki, bu, Si Cinpinin Rusiyaya keçən il də müvafiq seçkilərdən sonra həyata keçirilən ilk rəsmi səfərinə cavab addımıdır”, - deyə o bildirib.

Dövlət başçısının köməkçisi bildirib ki, Kreml Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında danışıqların gündəliyini daha sonra, səfərin tarixləri məlum olanda açıqlayacaq. Onun sözlərinə görə, bu, Pekinə və başqa bir şəhərə səfəri əhatə edən dövlət səfəri olacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
Mənbələr
Şərh ()
Bağla