AZ

“Tarixdə bu gün”- 8 may necə yadda qalıb?

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

8 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

8 may Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür:

 

1953-cü ildən qeyd olunan Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü 1828-ci il mayın 8-də anadan olmuş isveçrəli ictimai xadim, Nobel Sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilib.

 

8 may bütün dünyada Beynəlxalq Talassemiya Günüdür:

 

Valideynlərdən uşağa gen vasitəsilə keçən ağır irsi qan xəstəliyi olan talassemiya-genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur.

Talassemiya hemoqlobin istehsalı zamanı qırmızı qan hüceyrəsində tapılan zülal çatışmazlığı yaranır. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir.

 

 

8 may 1992-ci ildə Şuşa işğal edilmişdi:

 

1992-ci il mayın 8-də gecə top atəşlərindən bir neçə saat sonra erməni-rus silahlı birləşmələri tərəfindən Qarabağın mərkəzi Şuşa şəhərinə hücum olundu. Şəhərin müdafiə planının olmaması və hakimiyyət hərc-mərcliyindən istifadə edən ermənilər Rusiya ordusunun köməyilə Şuşanı işğal etdilər. Ancaq bu gün Şuşa azaddır!

 

8 may 1883-cü ildə Bakı-Tiflis-Batum dəmir yolu xətti fəaliyyətə başlayıb:

 

İnşası üç il davam edən magistral Bakı neftinin Qara dəniz vasitəsilə Avropaya çıxışını, Azərbaycanın Rusiya imperiyası və Avropanın bazarları sıx iqtisadi əlaqələrini təmin etdi. Həmin dövrdə qatarlar Bakıdan Tiflisə 550 km-lik yolu 18-20 saata qət edirdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla