AZ

Dövlət Duması Qərb səfirlərinin Putinin andiçmə mərasimində iştirakdan imtina etməsinə cavab verib

Bəzi Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin səfirlərinin Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirakdan imtina etməsi Qərbin ikili standartlar siyasəti nümayiş etdirdiyini göstərir.

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Dumasının müdaxilə faktlarının araşdırılması üzrə komissiyasının rəhbəri Vasili Piskarev deyib.

Parlamentari vurğulayıb ki, Moskva Qərb mediasında xarici agentlərin və arzuolunmaz təşkilatların iştirakı ilə başlanmış nüfuzdan salma kampaniyasını daxili işlərə ciddi müdaxilə kimi qiymətləndirir. Piskarev həmçinin qeyd edib ki, bunun üçün bütün cəhdlər uğursuz alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla