AZ

Çində tullantıların azaldılması Sakit Okeanda istiləri artırıb, alimlər aşkar ediblər

Çinin Okean Universitetinin bir qrup alimi ABŞ və Almaniyadan olan həmkarları ilə birlikdə müəyyən ediblər ki, Çində sənaye emissiyalarının azalması Sakit okeanın şimalında istilik dalğalarını gücləndirib. Tədqiqat Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunub.

Son on ildə Şimali Sakit Okeanda balıqların tələf olmasına, zəhərli yosunların çiçəklənməsinə və balinaların yoxa çıxmasına səbəb olan bir neçə isti dalğası yaşanıb.

Bu cür istilik dalğaları ümumiyyətlə qlobal istiləşmə ilə əlaqələndirilir, lakin bu günə qədər heç bir tədqiqat qlobal istiləşmənin planetin müəyyən bir hissəsində temperaturun belə qəfil və dəyişkən artmasına necə səbəb ola biləcəyini dəqiq müəyyənləşdirə bilməyib.

Mənbə: Haber.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla