AZ

Türkiyə Kubokunda ilk finalçı bəlli olub

Türkiyə Kubokunda finala çıxan ilk komandanın adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, yarımfinal mərhələsində "Beşiktaş" və "Ankaragücü" komandaları üz-üzə gəlib. Görüş İstanbul nəhənginin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 70-ci dəqiqədə Muçi vurub.

Komandalar arasında Ankarada keçirilən ilk qarşılama qolsuz heç-heçə ilə başa çatmışdı.

Bununla da "qara qartallar" tarixində 17-ci dəfə Türkiyə Kubokunda finala yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla