AZ

Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”

“Körpələrimizin, ana-bacılarımızın qanını axıdanlar Şuşada yallı gedirdilər. Mayın 11-13-də Şuaşda və Laçında “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Artıq azərbaycanlılar öz ata-baba yurdlarında istədikləri kimi yallı gedə biləcəklər”. 

Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev 1992-ci ildə Ermənistan tərəfindən işğal olunan və 2020-ci ildə azad edilən Şuşa şəhəri haqda Ednews-a açıqlaması zamanı qeyd edib.

Fond rəhbəri bildirib ki, biz bu tarixi unutmamalıyıq. 

“Biz həqiqətənmi o günlərdən danışmamalıyıq? Məncə, biz bu məsələləri daha çox danışmalıyıq. Hazırda erməni ideoloqları, “Daşnaksütyun” görəvliləri dünyaya car çəkirlər ki, Şuşa, Xankəndi və digər Qarabağ torpaqları kimi “qədim erməni torpaqları” Azərbaycan tərəfindən işğal olunub. Lakin bu tarix uzaqda deyil. Azərbaycanın 1752-ci ildə Pənahəli Xan tərəfindən salınmış şəhərə hazırda ermənilər yiyəlik etmək istəyirlər. 1992-ci ilin may ayının 8-də ermənilər bu şəhəri qanına qəltan elədilər. Şuşadan didərgin düşən insanlar acı günlər yaşadılar. Yollarda min cür əzab-əziyyət yaşadılar. Mən şəxsən o günlərin şahidiyəm. Mən özüm 1992-ci il may ayının 3-də Latviyalı jurnalist, həmkarımız Modri Sauzenslə və tələbə yoldaşım jurnalist Andrey Edorxovla Şuşada olmuşuq. Biz heç vaxt təsəvvür edə bilməzdik ki, Şuşa o şəkildə işğal olunacaq. Hesab edirəm ki, biz bu məsələləri danışmalı və unutmamalıyıq".

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla