AZ

Klouna işini görməyə kimlər MANE OLUR? - "Allah ağıl versin" - VİDEO

Klouna işini görməyə kimlər MANE OLUR? - "Allah ağıl versin" - VİDEO

Klounlar dedikdə ağlımıza ümumiyyətlə rəngli parikləri, iri qırmızı burunları, müxtəlif rənglərə boyanmış üzləri olan, yamaqlı paltarları ilə insanları güldürməyə çalışan gülməli personajlar gəlir. Klounlar xüsusilə uşaqların diqqətini cəlb etsə də, böyüklər tərəfindən çox sevilən şəxslər kimi də görülə bilər. Bu səbəbdən bir çox işəgötürən müştərilərini əyləndirməyi və klounlar vasitəsilə diqqət çəkməyi qarşısına məqsəd qoyur.

Sonxeber.az xəbər verir ki, Apa TV-də yayımlanan "Ekstra müsahibə" verilişinin qonağı kloun sənəti ilə məşğul olan Ağa Piriyevdir.

Uzun müddətdir bu işlə məşğul olan Ağa Piriyev heç vaxt kloun olmaq istəməyib.

"Mənim ağlıma gəlmirdi ki, bir gün kloun olacağam. Bir gün tədbirlərin birində klounlar diqqətimi cəlb etdi. Özümü dolandırmaq üçün ikinci bir iş lazım idi. Elə oldu ki, mənə təklif gəldi və mən işləməyə getdim. İlk dəfə utandım. Amma sonradan bu işdən zövq almağa başladım. İnsanların üzündə təbəssüm yaratmaq xoş bir hissdir. İnsan üzündə təbəssüm yaradan zaman bu mənə enerji verir. Mən lazımlı və xeyirli bir işlə məşğulam".

Ağa Piriyev 18 ildir bu işlə məşğuldur. O bildirib ki, klounluq özü bir peşə və sənətdir:

"Klounluq animatorluq peşəsidir. Xidmət sektoru olan bir işdir. İnsanlara faydası varsa, bu sahə üzrə məktəblər açılmalıdır. Məktəblər, təhsil müəssisələri olmalıdır. Bu peşə bütün dünyada məşhur olan bir sənətdir. Tələbat var. Amma ağıllı, savadlı mütəxəssis kadrlara təbii ki, ehtiyac var".

Ətraflı "Apa TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla