"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub.
90deqiqe.Az xəbər verir ki, bu yarımmüdafiəçi Koul Palmerdir.
Futbolçu sentyabrda “Mançester Siti”dən London klubuna keçib. Bu mövsüm o, "Mavilər"in heyətində bütün turnirlərdə 42 oyun keçirib, 24 qol vurub və 13 məhsuldar ötürmə edib.