AZ

Yüzlərlə qadına ana sevinci yaşadan peşəkar həkim - Sevinc Alışova

“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizlərə yüzlərlə qadına ana sevinci yaşadan peşəkar həkim, mama-ginekoloq Sevinc Alışovanı təqdim edirik.
 
Alışova Sevinc Quluxan qızı 25 oktyabr 1974-cü ildə Şirvan şəhərində anadan olub. 1991-1997-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin II Müalicə-profilaktikası fakültəsində təhsil alıb. 1997-1998-ci illərdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında internatura keçib.
 
O, 1998-2000-ci illərdə Şirvan Rayon Onkoloji Dispanserdə həkim anestezioloq-reanimatoloq, 2000-2002-ci ildə Bakı şəhər 29 №-li Birləşmiş Şəhər Xəstəxanasında həkim-kardioloq, 2002-2004-cü illərdə Hacıqabul rayon Dəmir Yol Xəstəxanasının Poliklinika şöbəsində həkim mama-ginekoloq, 2004-cü ildə Şirvan Mərkəzi Xəstəxanasının Onkoloji dispanserdə həkim-ginekoloq vəzifələrində çalışıb.
 
2005-ci ildə ixtisasdəyişmə kursu keçib, mama-ginekoloq ixtisasına yiyələnib.
 
2006-cı ildən Şirvan ŞMX-nın Doğum evində həkim mama-ginekoloq vəzifəsində çalışır.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
1
Mənbələr
Şərh ()
Bağla