AZ

Orta Dəhliz yaxın gələcəkdə qlobal tədarük zəncirinin mühüm hissəsi olacaq - Çinli ekspert

Bakı. Trend:

Transxəzər Beynəlxalq Nəqiiyyat Dəhlizi (TBND və ya Orta Dəhliz)yaxın gələcəkdə qlobal tədarük zəncirinin ən mühüm hissəsiolacaq.

Bu barədə Trend-ə ÇininTəhlil İnstitutunun baş elmi əməkdaşı Din Tsyanvey məlumatverib.

“Yaxın gələcəkdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi yenisürətli inkişaf silsiləsinə daxil olacaq, Avrasiyada yeni iriticarət marşrutuna çevriləcək və qlobal tədarük zəncirinin mühümhissəsi olacaq. Bu nəqliyyat marşrutunda daha çox ölkələr iştirakedəcək, yükdaşıma həcmi isə mühüm dərəcədə artacaq”, - o deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin gələcək inkişafı hamarolmayacaq və çox sayda risk və problemlərlə qarşılaşacaq.

“Buna qaçılmaz olaraq geosiyasi, xüsusilə şəxsi geosiyasiambisiyalarını üstün tutan müxtəlif qüvvələrin təsirinə məruzqalacaq. Dominantlıq uğrunda mübarizə daha da güclənəcək”, - ovurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrinindəmir yolu konteyner yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Türkiyəvə Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qaradəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan,Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri iləbirləşdirir.

Orta Dəhliz yük axınının Çindən Türkiyə, o cümlədən Avropaölkələrinə və əks istiqamətdə artmasına şərait yaradır.

Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 günərzində yükləri Çindən Avropaya çatdırır və bu, qeyd olunannəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
1
Mənbələr
Şərh ()
Bağla