AZ

"Bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir" - Elçin Əmirbəyov

Image

Almaniyanın “Zeit” qəzetinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bir sıra məsələlər barədə fikirlərini açıqlayıb. E.Əmirbəyov bəyan edib ki, Ermənistan COP Bürosunun üzvü kimi etimadın möhkəmləndirilməsi tədbirləri nəticəsində Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi etməsi ilə razılaşıb. Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir:

“COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik. 32 erməni hərbçisinin 2 azərbaycanlı hərbçi ilə dəyişdirilməsi barədə razılığa gəldik. Eyni zamanda, Ermənistan COP Bürosunun üzvü kimi öz növbəsində Azərbaycanın bu il COP29 iqlim konfransına ev sahibliyi etməsi ilə bağlı razılığa gəlib. Bu, etimad tədbirlərinin nəticəsi idi və bunun necə həyata keçirilə biləcəyini göstərir”.

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
19
Mənbələr
Şərh ()
Bağla