AZ

Prezident məğlubiyyətin günahkarını tapdı: Qapıya girmək istəməyən "dələduz top"

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandasının Çempionlar Liqasının yarımfinal mərhələsinin "Borussiya" ilə cavab oyununu (0:1) dəyərləndirib.

Publika.az xəbər verir ki, qətərli funksioner Paris klubunun uduzmağa layiq olmadığını bildirib:

“Nəticədən çox məyusuq və kədərləndik. Düşünürəm ki, biz daha yaxşısına layiq idik. Bu gün dörd dəfə qapı dirəyi və tirinə zərbə vurduq. Üstəlik, ilk oyunda da iki dəfə belə olmuşdu. Top qapıya girmək istəmirdi. Qələbə qazanmaq istəyirdik. amma "Borussiya"nı təbrik edirəm. Həqiqətən də finala çıxmağa layiq olduğumuzu düşünürdük, biz daha yaxşı komanda idik. Azarkeşlərimiz üçün də kədərlidir. Londonda onlar üçün möhtəşəm final olardı.

Bununla belə, mən Avropanın ən gənc komandası ilə fəxr edirəm. Beş ildə üçüncü dəfə yarımfinala çıxdıq. Təbii ki, fərqli hədəfimiz var idi, amma bu, futboldur. Bəzən o sizə haqsızlıq edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla