AZ

Zəngəzur dəhlizi vasitəsilə Ermənistan təcrid vəziyyətdən çıxa bilər - Elçin Əmirbəyov

Bakı. Trend:

2020-ci il atəşkəs bəyanatında nəzərdə tutulduğu kimi, Zəngəzurərazisindən birgə avtomobil və dəmir yolu çəkilə bilər.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsiElçin Əmirbəyov Almaniyanın “ZEIT” qəzetinə açıqlamasındadeyib.

O bildirib ki, bu dəhliz vasitəsilə Ermənistan təcridvəziyyətindən çıxa bilər, tranzit haqlarını toplaya və Türkiyə iləmünasibətlərini yaxşılaşdıra bilər.

Ermənistanın bu təklifi rədd etmə ehtimalına gəldikdəE.Əmirbəyov qeyd edib ki, İran vasitəsilə də avtomobil və dəmiryolu çəkilə bilər ki, bu, Zəngəzur dəhlizindən cəmi on kilometruzun olar.

E.Əmirbəyov ermənilərin narahatlığını absurd hesab edib.

Qəzetin yayımladığı materialda bildirilib ki, Ermənistanərazisinə düşən torpaq zolağının uzunluğu cəmi 34 kilometrdir vəAzərbaycanı öz eksklavı olan Naxçıvandan ayırır. E.Əmirbəyov bununüçün müharibə ehtimalı ilə bağlı suala cavabında bunun qətiyyənolmayacağını vurğulayıb. Onun sözlərinə görə, ölkələr arasındahərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakıilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
31
az.trend.az

10Mənbələr