AZ

Azərbaycanda 4 ayda 180 min "ASAN İmza" sertifikatı verilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 110 054 müraciət üzrə 180 527 "ASAN İmza" sertifikatı verilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 4 ayda vergi ödəyicilərindən daxil olmuş 11 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 4,9 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Hesabat dövründə 2 261 vergi ödəyicisinin iştirakı ilə 119 görüş keçirilib, 1 887 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1,2 milyondan çox SMS göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
395
34
Mənbələr
Şərh ()
Bağla