AZ

Samir Mehdiyev tibb elmləri doktoru elmi dərəcəsini alıb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Mehdiyev Samir Xasay oğluna tibb elmləri doktoru elmi dərəcəsi verilib.
 
Aztibb.az-ın məlumatına görə, doktorluq dissertasiyası "Azərbaycanda şəkərli diabet tip 2 xəstələrdə mikro- və makroangiopatiyaların kliniki-epidemioloji xüsusiyyətləri" mövzusuna həsr olunub.
 
Elmi tədqiqat işində bu xəstələrdə hədəf orqanlarında baş verən subklinik və klinik zədələnmələr ətraflı tədqiq edilib. Xəstələrdə mikro- və makroangiopatiyaların risk faktorları ilə qarşılıqlı əlaqələri, aşkar edilən dəyişikliklərin qlikemik status və antidiabetik müalicə taktikalarından asılı xüsusiyyətləri, eyni zamanda diabetli xəstələrdə kliniki-epidemioloji vəziyyətin yaş və cinsdən asılılığı, bölgə xüsusiyyətləri kompleks şəkildə öyrənilib..
 
Qeyd edək ki, Samir Mehdiyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının dosentidir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla