AZ

Azərbaycanda yerləşmə vasitələrinin qiymətləri digər ölkələrlə müqayisədə baha deyil - Turizm Agentliyi

Bakı.Trend:

Azərbaycanda qiymətlər Cənubi Qafqaz və digər ölkələrləmüqayisədə yerləşmə vasitələrinin qiyməti baha deyil.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan RespublikasınınBiznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının“Turizmin inkişafı” işçi qrupunun 2023-cü il Fəaliyyət Planınınicra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda tədbirdəDövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, bununla bağlı statistik rəqəmlər onu deməyəəsas verir ki, qiymətlər bir çox hallarda yaxın, bəzən isə dahaaşağıdır.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda mehmanxana (hotel) vəmehmanxana tipli obyektlər 488 milyon 828 min manat gəlir əldəediblər. Bu 2022-ci illə müqayisədə 133 milyon 505,9 min manat vəya 37,6% çoxdur.
2022-ci ildə hotellərin gəlirləri 355 milyon 322,1 min manatolub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla