AZ

"Turizmin inkişafı" İşçi qrupunun fəaliyyətində aktivlik görə bilərik - Vüsal Şıxəliyev

Bakı.Trend:

Ötən dövrə nəzər salsaq, "Turizmin inkişafı" İşçi qrupununfəaliyyətində aktivlik görə bilərik. Bu da bilavasitə Dövlət TurizmAgenrliyinin və burada təmsil olunan dövlət qurumlarının fəaliştirakı və bu sahəyə töhfələrindən irəli gəlir.

Trend verir ki, bunu bu gün Azərbaycanın Biznes mühiti vəbeynəlxalq reytinqlər üzrə Komissiyasının katibliyinin rəhbəriVüsal Şıxəliyev "Turizmin inkişafı" İşçi qrupunun 2023-cü ilFəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlərmövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərəaçıqlamasında deyib.

V. Şıxəliyev bildirib ki, ölkəmizin turizm sahəsində müvafiqgöstəricilərin və əsasən də inkişaf indekslərinin beynəlxalqindekslərə əsasən müqayisəli təhlilinin aparılması və bu sahədətəşəbbüslərin həyata keçirilməsi olduqca əhəmiyyətlidir.

""Turizmin inkişafı" İşçi qrupunun əsas mandatı və fəaliyyətsahəsi Dünya İqtisadi Forumunun hər il dərc etdiyi səyahət vəturizmin inkişafı indeksinə fokuslanıb",- deyə V. Şıxəliyev qeydedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla