AZ

Zaxarova: “Ukraynadakı Fransa hərbçiləri hədəfimizə çevriləcək“

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransanın Ukrayna müharibəsinə müdaxiləsi mövzusunda diqqət çəkən açıqlamalar verib. News365.az xəbər verir ki, o, brifinqdə Fransa Ukraynaya öz ordusunu göndərəcəyi təqdirdə bunun fransızlar üçün acı nəticələrə səbəb olacağını deyib.

“Əgər fransızlar münaqişə zonasında peyda olsalar, onlar qaçılmaz olaraq Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər”, - o qeyd edib ki, Parisdə artıq buna sübut var.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla