AZ

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Berlin, 8 may, AZƏRTAC

Almaniyada “Daxau həbs düşərgəsi” memorial kompleksində İkinci Dünya müharibəsi zamanı buradakı azərbaycanlı əsirlərə həsr olunan xatirə lövhəsi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan səfirliyinin təşəbbüsü ilə Azərbaycan və alman dillərində hazırlanan xatirə lövhəsi kompleksin memorial zalında asılıb.

1933-cü ildə yaradılmış Daxau toplama düşərgəsi faşist Almaniyasında yaradılan ilk əsir düşərgəsi olub. Nasist rejimi ilk illərdə bu düşərgədə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başlandıqdan sonra 25 min sovet əsgərini və mülki vətəndaşı buraya gətirib, onlara müxtəlif işgəncələr verib, əksəriyyətini qətlə yetirib.

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində azərbaycanlı əsgərlərin də burada saxlanıldığı məlum olub.

Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Berqauz iştirak ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla