AZ

Gəncədə pərakəndə ticarət və ictimai iaşə dövriyyələri artıb

Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə,2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 373,1 milyon manatlıq, o cümlədən 199,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 173,8 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 9,1 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 8,1 faiz azalmşdır.

2024-cü ilin yanvar-mart aylarında istehlak mallarının dəyər ifadəsində 19,3 faizi ticarət müəssisələri, 19,2 faizi bazar və yarmarkalarda, 61,5 faizi isə fərdi sahibkarlar tərəfindən satılmışdır.

2023-cü ilin yanvar–mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3 faiz,  bazar və yarmarkalar üzrə 26,9 faiz azalmış, fərdi sahibkarlar üzrə isə 24,7 faiz artmışdır.

İctimai iaşə dövriyyəsi və ödənişli xidmətlər

Gəncə şəhərində 2024-cü ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 11,9 milyon manat təşkil etmişdir. Dövriyyənin 11,7 milyon manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.

2024-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 5,8 faiz artaraq 109,6 milyon manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 37,5 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 34,3 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 20,1 faizi dövlət, 79,9 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla