AZ

ABŞ bu şəxsin NATO-nun baş katibi olmasını istəyir

ABŞ NATO-nun növbəti baş katibi postuna Niderlandın baş naziri vəzifəsini icra edən Mark Ruttenin namizədliyini dəstəkləyəcək. Vətəninfo.az xəbər verir ki,  bu  barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ və Rumıniya prezidentləri Co Bayden və Klaus İohannis arasında keçirilən danışıqlardan əvvəl keçirdiyi mətbuat brifinqində bildirib.

“Cənab Ruttenin NATO-nun növbəti baş katibi olmasına dəstəyimiz baxımından heç nə dəyişməyib”, – Kirbi bildirib.

O, Baydenin İohannislə görüşdə Rumıniya rəhbərinin NATO-nun baş katibi təyin olunmaq üçün növbəti cəhdlərindən əl çəkməli olduğu məsələsini qaldırmaq niyyətində olub-olmaması sualına cavab verib.

Xatırladaq ki, aprelin sonunda Ankara Ryutenin NATO-nun baş katibi postuna namizədliyini dəstəklədiyini bildirmişdi. Türkiyə bu məsələdə hələ öz mövqeyini bildirməyən son dörd NATO ölkəsindən biri idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla