AZ

Tomas Tuxel: Toni Kroos “Real”ın oyununa ritm verir

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu öncəsi “Bavariya”nın almaniyalı baş məşqçisi Tomas Tuxel “Real Madrid”in almaniyalı yarımmüdafiəçisi Toni Kroosun rolundan danışıb.

Bu haqda "Operativ Media" UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

“Toni Kroos uzun illərdir ki, əsas oyunçudur. Onun rolunu qiymətləndirmək olmaz. O, təzyiqi çox asanlıqla dəf edir və komandanın oyununa ritm verir.

Biz buna hazırıq və ümid edirik ki, mürəkkəb kombinasiya oyununu poza biləcəyik.

Amma biz təkcə Toni Kroosa qarşı oynamırıq. “Real” çox yaxşı hazırlanıb, çox yönlü oynayır. Bizim çox çətin problemimiz var”.

Qeyd edək ki, "Real" və "Bavariya" Münhen komandaları arasında cavab oyunu mayın 8-də Madriddə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Münhendə keçirilən görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Finala ilk vəsiqəni Fransa çempionu PSJ-ni yarışdan kənarda qoyan Dortmund “Borussiya”sı qazanıb. Hər iki görüşdə Almaniya yığması 1:0 hesablı qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla