AZ

Əfqanıstan 5 çinlinin ölümü ilə bağlı iddianı təkzib etdi

Əfqanıstan 5 çinlinin ölümü ilə bağlı iddianı təkzib etdi

Əfqanıstan Pakistan ordusunun martın 26-da 5 Çin vətəndaşının öldürüldüyü kamikadze hücumunun Əfqanıstanda planlaşdırıldığı iddiasını təkzib edib.



Müvəqqəti hökumətin Müdafiə Nazirliyinin sözçüsü İnayetullah Harəzmi X sosial media platformasında verdiyi açıqlamada hücumda əfqanların iştirak etmədiyini bildirib.

Harəzmi "Pakistan ordusunun ciddi təhlükəsizlik mühafizəsi altında olan Hayber Paxtunxva bölgəsində Çin vətəndaşlarının öldürülməsi Pakistanın təhlükəsizlik qurumlarının zəifliyini və ya hücum edənlərlə əməkdaşlığı göstərir. Hər iki halda məsuliyyət Pakistan hökumətinə məxsusdur" deyib.

Müvəqqəti hökumətin əlində terror təşkilatı İŞID-ın Pakistan ərazisindən Əfqanıstana gəldiyinə dair dəlillər olduğunu iddia edən Harəzmi, "Pakistan ərazisindən bizə qarşı istifadə edilir və Pakistan buna görə cavab verməlidir" deyə qeyd edib.

Xatırladaq ki, martın 26-da Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində Çin şirkətləri tərəfindən həyata keçirilən Dasu Su Elektrik Stansiyasının tikintisində çalışan çinli mühəndis və fəhlələri daşıyan avtomobil karvanına qarşı kamikadze hücumu həyata keçirilib. Hücumda 5-i Çinli, biri Pakistanlı 6 nəfər həyatını itirib.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla