AZ

Putin tarixi təhrif cəhdlərini dayandırmağa çağırıb

Rusiya Prezidenti Vladimir Putin nasizmi məğlub edən ölkələrin ümumi tarixini təhrif etmək və ya unutmağa yönəltmək cəhdlərini dayandırmağa çağırıb. Məlumatı Kremlin mətbuat xidmətinə istinadən “Anadolu” verib. 

Bu barədə Rusiya dövlət başçısının Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya rəhbərlərinə, habelə Gürcüstan və Moldova xalqına Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü münasibətilə təbrikində deyilir.

Putin bəyan edib: “Ağır müharibə illərində çoxdan gözlənilən Qələbəni yaxınlaşdıran, böyük fədakarlıqlar və məşəqqətlər bahasına ön cəbhədə cəsarətlə vuruşan, arxa cəbhədə fədakarlıqla çalışan hər kəsə dərin təşəkkür və ehtiramlarımızı bildiririk”. 

O vurğulayıb ki, ümumi tarixi təhrif etmək və ya unutdurmaq üçün istənilən cəhdi dayandırmaq vacibdir: “Əlbəttə ki, atalarımıza və babalarımıza ağır hərbi sınaqlara tab gətirməyə və nasizmi darmadağın etməyə kömək edən şanlı dostluq və qarşılıqlı yardım ənənələrini diqqətlə qoruyun və gələcək nəsillərə ötürün”.

Vladimir Putin Böyük Vətən Müharibəsi illərində yaranmış qardaşlıq dostluq tellərinin ölkələr və xalqlar arasında münasibətlərin inkişafı üçün etibarlı baza olaraq qalacağına əminliyini ifadə edib.

Rusiya Prezidenti xarici ölkələrin rəhbərləri və vətəndaşları qarşısında çıxış edərək Böyük Vətən Müharibəsi veteranlarına və arxa cəbhə işçilərinə səmimi minnətdarlıq sözlərini çatdırıb, onlara cansağlığı, firavanlıq, xoş əhval-ruhiyyə və uzun ömür arzulayıb.

P.ƏMİRCANOV

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla