AZ

Qocalmanı ləngidən yeni prinsip aşkarlanıb

Barselonadakı Pumpeu Fabra Universitetinin alimləri aşkar ediblər ki, beyin və əzələ bioritmlərinin bərpası və sinxronlaşdırılması siçanlarda fiziki qocalmanın və zəifliyin qarşısını ala bilər. İşin nəticələri "Science" jurnalında dərc olunub.

Tədqiqatçılar bildirirlər ki, heyvanlarda və insanlarda molekulyar saat şəbəkəsi deyilən bir şəbəkə bədən sağlamlığını və normal fizioloji fəaliyyətini qorumaq üçün vacibdir. Onun əsas komponentləri beyin və əzələlərdir.

Molekulyar saat şəbəkəsinin beynin supraxiazmatik nüvəsi tərəfindən koordinasiya edildiyi düşünülür. Bu sahə ətraf mühitin işıq siqnallarını gündəlik qəbul edir və emal edir, o cümlədən bədən və zehni gərginliyi, habelə istirahəti tənzimləmək üçün müstəqil sirkadiyalı ritmləri sinxronlaşdırır.

Laboratoriya siçanları üzərində aparılan təcrübələr göstərib ki, əzələ və beyin bioritmlərinin sinxronizasiyası xüsusi Bmal1 geni ilə tənzimlənir. Genomda Bmal1 olmadıqda gəmiricilər vaxtından əvvəl qocalmağa və əzələlərin tükənməsinə meyl göstəriblər.

Bu patologiyanın mənfi nəticələrinin geri qaytarıla biləcəyini yoxlamaq üçün alimlər gəmiricilərin beyin və skelet əzələ toxumasında (birlikdə və ayrıca) Bmal1 istehsalını süni şəkildə artırıblar. Nəticələr göstərib ki, beyin və əzələ toxumalarında Bmal1 ifadəsinin eyni vaxtda artması orqanizmin düzgün fəaliyyətinin bərpasına töhfə verib və qocalmanı ləngidir.

Tədqiqatçılar, həmçinin qeyd ediblər ki, beyin və əzələ bioritmlərinin sinxronizasiyasına gen terapiyası olmadan nail olmaq olar. Alimlərin fikrincə, gecələr qida qəbulunu məhdudlaşdırmaqla vaxtından əvvəl qocalmanın və kövrəkliyin qarşısını almaq olar.

S.ELAY

XQ

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
4
Mənbələr
Şərh ()
Bağla