AZ

Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib



Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.


Missiya.Az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak ediblər.

Ə.Əsədov və C.Yılmaz açılış mərasimində çıxış ediblər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.

Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
27
missiya.az

10Mənbələr