AZ

Ateroskleroz nədir? Qarşısı necə alınmalıdır?  

Oksigen və qida maddələrini ürəkdən bütün bədənə aparan arteriyaların qalınlaşması və sərtləşməsi zamanı arterioskleroz adlanır. Bəzən bu, orqan və toxumalara qan axınını məhdudlaşdırılmasına səbəb olur. Sağlam arteriyalar elastik və yumşaq olur, lakin vaxt keçdikcə arteriyaların divarları sərtləşə bilir.
 
Bu barədə Aztibb.az-a ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev məlumat verib.
 
Həkim bildirib ki, ateroskleroz arteriosklerozun spesifik bir növüdür, lakin termin olaraq bir-biri ilə dəyişik istifadə oluna bilir. Ateroskleroz arteriya divarlarının içində və üzərində yağların, xolesterol və digər maddələrin toplanmasına (ərp) deyilir, hansı ki, qan axınını məhdudlaşdırır.
 
Onun sözlərinə görə, ərp bəzən qoparaq, həmin nahiyədə qan laxtasının əmələ gəlməsinə səbəb olur. Baxmayaraq ki, ateroskleroz dedikdə ağıla ən çox ürək problemləri gəlir, lakin orqanizmin hər yerində olan arterialara təsir edə bilir. Ateroskleroz qarşısı alına və müalicə oluna bilən bir vəziyyətdir.
 
Bu zədə aşağıdakı səbəblərdən yarana bilər:
Yüksək qan təzyiqi;
Yüksək xolesterin;
Yüksək triqliseridlər;
Siqaret və digər tütün məhsullarının istifadəsi;
İnsulin rezistentliyi, diabet və ya artıq çəkili olmaq;
Hər hansı infeksiyadan, artrit və qırmızı qurd eşənəyi iltihabından və ya bilinməyən iltihabi xəstəlikdən.
 
Ramil Əliyev vurğulayıb ki, aterosklerozun müalicəsi üçün lazım olan sağlam həyat şəraiti, onun qarşısının alınması üçün mütləqdir. Bunlara siqareti tərgitmək, sağlam qidalanmaq, davamlı hərəkət, boy-çəki indeksini normada saxlamaq aiddir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
aztibb.az

1Mənbələr