AZ

"Bura 2 ciddi səhvin və sonra üzr istəməyin yeri deyil"

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel son dəqiqələrdə komandasının qolunu saymayan "Real"la cavab matçının (1:2) hakimlərinin üzrxahlığını qəbul edib-etməyəcəyi ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə o, “Bavariya və Almaniya” nəşrinə açıqlama verib:

"Çox çətin. Bu, yarımfinaldır, üzr istəməknən iş düzəlmir. Həqiqətən olmaz. Bura 2 ciddi səhvin və sonra üzr istəməyin yeri deyil.

Hamımız öz sərhədlərimizi aşmalıyıq, hamımız əziyyət çəkməliyik, hamımız səhv etmədən oynamalıyıq. Bu səviyyəli hakimlər də bunu etməlidir. Əgər siz öz işinizi görmürsünüzsə, üzr istəməyiniz kömək etməyəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
offsideplus.az

1Mənbələr