AZ

Aleks 12 ildən sonra Türkiyəyə qayıtdı

Türkiyə çempionatının ortabablarından olan “Antalyaspor”la bağlı maraqlı xəbər var.

“Football-plus.az” xəbər verir ki, bilindiyi kimi, maliyyə problemi yaşayan bu komandanı Sərgən Yalçın çalışdırır. Amma 51 yaşlı mütəxəssis bazar ertəsi komandasının öz meydanında “Pendikspor”a uduzmasının ardından gələcəyi ilə bağlı qərarını rəsmən açıqladı. O, mövsümün sonunda komandadan ayrılacağını bildirdi. Şayiələrə inansaq, yeni məşqçinin adı indidən bəllidi. Söhbət “Fənərbaxça”nın əfsanəsi Aleks De Souzadan gedir. “Sambaçı”nın hətta köməkçisi də bəllidi. Bu vəzifəni isə eynilə Aleks kimi Türkiyə futbolunda və “Fənərbaxça”da iz buraxmış Mehmet Aurelio icra edəcək. Qeyd edək ki, Aleks 2004-12-ci illərdə “Fənərbaxça”da çıxış edib, 342 rəsmi oyuna 171 qol vurub. 8 il ərzində üçü çempionluq olmaqla 6 titul qazanıb, iki dəfə bombardirlər yarışının qalibi olub. Futbolçu karyerasını ilk peşəkar klubu olan “Koritiba”da tamamlayan Aleks 2021-dən etibarən məşqçi karyerasına start verib. İndiyə kimi yalnız iki yerdə işləyib. O, “San Paulu”nun U-20 komandası ilə 25, Braziliyanın aşağı liqasında çıxış edən “Avai” ilə yalnız 18 oyuna çıxa bilib. “Avai”dən ayrılandan, yəni ötən ilin mayından bəri işsizdi. Sərgən Yalçın hazırda “Antalyaspor”unbaşında yer aldığı üçün Aleks təyinatın indidən açıqlanmasını istəməyib. Rəsmi imzalar mövsüm bitəndən sonra atılacaq. Bu arada “ağ-qırmızılar”ın köklü azarkeş qruplarından biri olan “07 Gənclik” bununla bağlı paylaşım edib. Həmin fanat qruplaşması yeni məşqçilər korpusunu salamlayıb:
“Xoş gəlmisiz, Aleks De Souza və Mehmet Aurelio, birlikdə mükəmməl işlər görəcəyimizə inanırıq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
football-plus.az

1Mənbələr