AZ

Sərnişin avtobusu binanın divarına çırpıldı:xəsarət alanlar var - VİDEO

İsveçin Malmö şəhərində sərnişin avtobusu qəzaya uğrayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 8-də şəhərin mərkəzi küçəsi Torqqatanda baş verib.

Məlumata görə, hərəkətdə olan sərnişin avtobusu məlum olmayan səbəblərdən sürücünün idarəetməsindən çıxaraq, öncə səkiyə hərəkət edib, daha sonra binaya çırpılıb.

İlkin məlumata görə, nəticədə 4 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Polis rəsmisi Patrik Forsun sözlərinə görə, daha 11 sərnişin isə səhhətlərinin yoxlanılması üçün hadisə gününün axşamı və ertəsi gün həkim qəbuluna aparılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
50
Mənbələr
Şərh ()
Bağla