AZ

Bu insanlar qırmızı ətdən imtina etməlidir - Alimlər

Diabetli qadınların qırmızı ət və kolbasa yeməkləri böyrək zədələnməsi olan diabetik nefropatiyanın inkişaf riskini artıra bilər.    Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu qənaətə Tehran Tibb Universitetinin Qidalanma Elmləri və Dietologiya fakültəsinin alimləri gəlib. Elmi işin nəticələri "Scientific Reports" jurnalında dərc olunub. Araşdırmada 30-65 yaş arası 210 qadın iştirak edib. Tədqiqat başlamazdan bir neçə il əvvəl bütün iştirakçılara şəkərli diabet diaqnozu qoyulub. Subyektlərdən müntəzəm olaraq nə qədər qırmızı ət (mal, quzu və müxtəlif orqan ətləri), ağ ət (quş əti və balıq) və emal olunmuş ətləri (kolbasa kimi) nə qədər istehlak etdikləri barədə məlumat vermələri istənilib. Könüllülər həmçinin albumin və kreatinin nisbətini qiymətləndirmək üçün sidik nümunələri təqdim ediblər. Bu göstərici diabetik nefropatiya da daxil olmaqla böyrək zədələnməsinin əlamətlərini etibarlı şəkildə əks etdirir. Diabetik nefropatiya diabetes mellitus ilə meydana gələn böyrək damarlarının zədələnməsidir.

Nəticələr göstərib ki, daha yüksək səviyyədə qırmızı ət istehlak edən iştirakçılarda acqarına qan şəkəri və sidikdə kreatinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəkdir. Qırmızı ət və işlənmiş ətlərin həddindən artıq istehlakı diabetik nefropatiya və hipertoniya riskinin artması ilə birbaşa əlaqələndirilir. Digər tərəfdən ağ ət qan şəkərinin səviyyəsini və diabetin ağırlaşmaları ehtimalını azaldır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
Mənbələr
Şərh ()
Bağla