AZ

İrəvanda “KamAZ” etirazçıların üzərinə sürülüb, insident yaşanıb - VİDEO

İrəvanda naməlum sürücü “KamAZ” markalı yük maşınını anidən Respublika meydanında etirazçıların üzərinə sürüb.   Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib. Ərazidə olan polis əməkdaşları dərhal sürücünü təqib ediblər. Polis yük maşını sürücüsünü avtomobildən düşürməyə çalışsa da, buna nail ola bilməyib. Sürücü ərazidən uzaqlaşıb. Nümayişçilər avtomobilə yol açmağa müvəffəq olublar. Hadisə zamanı xəsarət alan olmayıb. Qeyd edək ki, hazırda meydanda Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı yürüyüş təşkil edən "Vətən naminə Tavuş" hərəkatının iştirakçıları və onların tərəfdarları aksiya keçirirlər. Etirazlarda əsasən Baş nazir Nikol Paşinyanın istefası tələb olunur.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
111
23
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating