AZ

İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük hava təlimi başlayır

Rumıniyada keçirilən "Swift Response 24" təlimlərinin epizodlarında Almaniya, İspaniya, Hollandiya, Rumıniya, ABŞ və Fransadan 2 minə yaxın hərbi desant iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hərbi texnikanın endirilməsini əhatə edən çoxmillətli hava-desant əməliyyatı bir neçə gün davam edəcək.

Oxşar əməliyyatlar bu müddət ərzində digər beş müttəfiq və ya tərəfdaş ölkədə (Moldova, Polşa, Şimali Makedoniya, İsveç və Estoniya) həyata keçiriləcək və bu, İkinci Dünya Müharibəsindən sonra Avropada həyata keçirilən ən böyük hava əməliyyatı olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla