AZ

Yediyimiz qidadan içməli suya qədər ... – Mikroplastik təhlükəsi

“Mikroplastik günümüzün ən mühüm ictimai sağlamlıq problemi və ən ciddi ekoloji çirkləndiricidir. Günümüzün ən əhəmiyyətli ətraf mühiti çirkləndiricisi olan mikroplastikə tibbi araşdırmalarda yediyimiz qidadan içməli suyumuza və ana südümüzə qədər hər yerdə rast gəlinir. Onun insan sağlamlığı üçün gətirəcəyi sağlamlıq problemləri hələ dəqiq bilinməsə də, otoimmün xəstəliklərdə və Alzheimer xəstəliyində reproduktiv sistemə təsir edən hormonları pozduğuna dair məlumatımız var. Bu, ciddi ictimai sağlamlıq problemidir”

Ucnoqta.az xəbər verir ki, bu barədə mütəxəssis dr. M. Emin Dinççağ deyib.
Bəşəriyyətin turistik və aktiv həyatı, sənaye istehsalı və istehlakının artması, daha keyfiyyətli həyat gözləntiləri sürətlə ətraf mühitin çirklənməsinə və ekosistemlərin pisləşməsinə səbəb olur. Havanın çirklənməsi, dənizin çirklənməsi, torpağın şüursuz şəkildə çirklənməsi, yanlış kənd təsərrüfatı siyasəti, eləcə də sənaye üçün ucuz, yüngül və asan əldə edilən material olan plastikdən istifadənin artması bu gün ən ciddi ekoloji çirklənməyə səbəb olub.

Son zamanlar plastikin yaratdığı ekoloji fəlakət daha qabarıq şəkildə özünü büruzə verir və tez-tez tədbir görülməsinin qaçınılmaz olduğu vurğulanır. Bir çox araşdırmalar göstərdi ki, ana südündə, içdiyimiz suda, yediyimiz balıqlarda və yeniyetmələrdən alınan qan nümunələrində mikroplastiklərə rast gəlinir və getdikcə qaçınılmaz hala gələn plastikdən istifadə ehtiyat tədbirləri tələb edir.

İnsan bədəninə plastik butulkalar vasitəsilə daxil olması həyəcan verici bir tapıntıdır. Hamam pərdələrindən tutmuş paspaslara, məişət texnikasından paltarlarımıza, diş fırçasından uşaq oyuncaqlarına, kosmetikadan diş pastasına, pendir qablarından alış-veriş çantalarına qədər həyatımızda hər şeydə rast gəlinən plastik və mikroplastiklər də insan sağlamlığına mənfi təsir göstərir.

Mütəxəxsis qeyd edir ki, hələ çox maarifləndirici məlumat olmasa da, insanın reproduktiv sisteminə mənfi təsir göstərə biləcəyi, otoimmün xəstəliklərə səbəb ola biləcəyi və Alzheymer kimi xəstəliklərə səbəb ola biləcəyi barədə fikirlər var".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
Mənbələr
Şərh ()
Bağla