EN

"KOB bazar" satış yarmarkası başlayır

Bakı. Trend:

Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digərgünlərdə isə həftəsonu fəaliyyət göstərəcəkdir.

Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışınadəstək olmaq, eləcə də istehlakçıları birbaşa kənd təsərrüfatı vəqida məhsullarının istehsalçıları ilə əlaqələndirmək məqsədiləmartın 5-dən etibarən “KOB bazar” satış yarmarkasına startverilir.

Yarmarka Binəqədi rayonunda Koroğlu və Əcəmi Naxçıvaniküçələrinin kəsişməsində yerləşir. Bazar Novruz və Ramazanbayramları günlərində hər gün, digər günlərdə isə həftəsonufəaliyyət göstərəcək. Yarmarkada Abşeron və ölkənin digərbölgələrində istehsal olunan kənd təsərrüfatı və qida məhsullarınınsatışı həyata keçiriləcək.

“KOB bazar”ın üstünlükləri:

  • Təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsulları;
  • Məhsulları birbaşa istehsalçıdan almaq;
  • Ucuz və sərfəli qiymət;
  • KOB-ların məhsullarının satışına dəstək.

Bakı sakinlərini və şəhərimizin qonaqlarını alış-verişləri üçünmartın 5-dən fəaliyyət göstərəcək “KOB bazar”a dəvət edirik.

Qeyd edək ki, “KOB bazar” satış yarmarkası Kiçik və OrtaBiznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə, dövlətdəstəyi hesabına fəaliyyət göstərəcəkdir.

Chosen
87
1
az.trend.az

10Sources