EN

Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər tutulub (FOTO)

Bakı. Trend:

Göyçay rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslərgecə saatlarında üzlərini maska ilə kamuflyaj edərək rayonərazisində yerləşən mağazaya daxil olublar və oradakı pulu, spirtliiçkiləri, tütün məmulatlarını, eləcə də digər əşyaları talayaraqələ keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləritədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəoğurluğa görə məhkum olunmuşlar - 42 yaşlı Vüqar Mirzəyev və 45yaşlı Tural Əzizov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həriki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Göyçayda
Məqalədə:
Chosen
49
18
az.trend.az

10Sources