EN

"Monako" yaponiyalı futbolçusu ilə müqavilənin müddətini uzadıb

Fransanın “Monako” klubu yaponiyalı futbolçusu Takumi Minamino ilə müqavilənin müddətini uzadıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsümdə “Monako”nun heyətində 33 oyun keçirib, 6 qola və 5 məhsuldar ötürməyə imza atıb. T.Minamino “Monako”ya 2022-ci ilin yayında “Liverpul”dan keçib.

Chosen
49
2
report.az

3Sources