EN

Sumqayıtda reabilitasiya mərkəzində yanğın olub (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəSumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəlreabilitasiya mərkəzində yanğın baş verməsi barədə məlumat daxilolub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından MühafizəXidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və SumqayıtRegional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə Trend-ə FHN-dən məlumat vüerilib.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsindəüçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğıngenişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısamüddətdə söndürülüb.

"Yanğın nəticəsində ümumi sahəsi 540kv.m. olan tikilinin taxtakonstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180kv.m. sahədə yanıb. Tikilinin 1 və 2-ci mərtəbələri yanğındanmühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb", -məlumatda qeyd edilib.

Chosen
43
15
az.trend.az

10Sources